Maide.az

Goranboyda ağır yol qəzası baş verib

Goranboy rayonunda ağır yol qəzası baş verib.   Maide.Az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.    Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.   Hər üç yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.    Faktla bağlı araşdırma aparılır.