Maide.az

Google pulsuz internetə bir az da yaxınlaşdı

Google internetin olmadığı bölgələrə pulsuz xidmət göstərəcək bir layihənin tətbiq olunması üçün lazım olan texniki problemlərdən birini həll etdiyini açıqlayıb.   Google çöl sahələrində və planetin uzaq bölgələrində internetə girişi təmin etmək kimi nəhəng hava şarları ilə qurmağı planlaşdırdığı internet şəbəkəsi üçün mühüm bir problemi həll etdiyini bildirib.   Layihəni icra edən şirkətin Google X araşdırma departamentinin "Project Loon" briqadası, maşın öyrənmə üsulu sayəsində şarların hərəkətini müəyyən edən hava axını sistemlərini proqnoz edə biləcəklərini qeyd edib. Beləliklə, şarların yerlərini daha asan müəyyən edə biləcəklərini söyləyən tədqiqatçılar, bütün planeti şarlarla bəzəmək əvəzinə müəyyən bölgələrə istiqamətləndirəcəklərini bildiriblər.   Az sayda şarların müəyyən bir bölgədə toplaşması layihənin qiymətini həddindən artıq aşağı salacaq. "Artıq yüzlərlə şar istifadə etmək əvəzinə müəyyən bölgələrdə 10, 20 və ya 30 şarla internet xidməti təmin edə bilərik", - deyə Google X-in direktoru Astro Teller bildirib.   Hava şarlarının Yerdən təxminən 18 min metr hündürlüyündə stratosferdə yerləşdirilməsi planlaşdırılır. (deyerler) /