Maide.az

Günvurmalarla bağlı müraciətlərin sayı açıqlanıb

Mövsüm başlayandan bu günədək günvurmalarla bağlı 43 müraciət daxil olub.   Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, 18 halda hospitalizasiya icra edilib:   "Ümumi müraciətlərin 9-u uşaqlarla bağlıdır. Onların günvurması ilə əlaqədar 4 halda hospitalizasiya icra edilib".