Maide.az

Günün hədisi: 'Rəsul', 'nəbi' və 'mühəddəs' sözlərinin fərqi

Maide.Az günün hədisini təqdim edir:   Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu:   الرَّسولُ الَّذي تَأتيهِ المَلائِكَةُ ويُعايِنُهُم وتُبَلِّغُهُ عَنِ اللّهِ تَبارَكَ وتَعالى، والنَّبِيُّ الَّذي يَرى في مَنامِهِ، فَما رَأى فَهُوَ كَما رَأى، والمُحَدَّثُ الَّذي يَسمَعُ الكَلامَ ـ كَلامَ المَلائِكَةِ ـ ويُنقَرُ في اُذُنَيهِ ويُنكَتُ في قَلبِهِ   “Rəsul o kəsdir ki, mələklərlə görüşər və Allah-Taalanın əmrlərini ona çatdırarlar.   Nəbi o kəsdir ki, onları yuxuda görər və yuxuda gördükləri də eyni həqiqətdir.   Mühəddəs isə o kəsdir ki, mələklərin səsini eşidər, qulağına pıçıldanılar və qəlbinə ilham olunar.”   “Əl-ixtisas”, səh.328.