Maide.az

Günün hədisi: Məhşərdə sevdiyin kəslə birgə

Maide.Az günün hədisini təqdim edir:   Əbuzər Qifari deyir ki, mən (Peyğəmbərə) dedim:   يا نَبِيَّ اللّهِ، إنّي اُحِبُّ أقوامًا ما أبلُغُ أعمالَهُم   “Ey Allahın Rəsulu, mən elə bir zümrəni sevirəm ki, əməldə onlardan geriyəm!”   Həzrət buyurdu:   يا أبا ذَرٍّ، المَرءُ مَعَ مَن أحَبَّ ولَهُ مَا اكتَسَبَ   “Ey Əbuzər, insan sevdiyi kəslə məhşərə bir gələcək və əməllərinin nəticəsini görəcəkdir.”   Mən dedim:   فَإِنّي اُحِبُّ اللّهَ ورَسولَهُ وأهلَ بَيتِ نَبِيِّهِ “Mən, həqiqətən, Allahı, Rəsulunu və Əhli-beytini sevirəm.”   Həzrət buyurdu:   فَإِنَّكَ مَعَ مَن أحبَبتَ “Belə isə sevdiyin kəslə də məhşərdə birgə olacaqsan.”   “Əmali”, Şeyx Tusi, səh.632, hədis 1303.