Maide.az

Günün hədisi: Peyğəmbəri-Əkrəmin (s) ibadəti

Maide.Az günün hədisini təqdim edir:   Ayişədən belə nəql olunur:   إنَّ نَبِيَّ اللّهِ (ص) كانَ يَقومُ مِنَ اللَّيلِ حَتّى تَتَفَطَّرَ قَدَماهُ، فَقُلتُ: لِمَ تَصنَعُ هذا يا رَسولَ اللّهِ وقَد غَفَرَ اللّهُ لَكَ ما تَقَدَّمَ مِن ذَنبِكَ وما تَأَخَّرَ؟ قالَ: أفَلا اُحِبُّ أن أكونَ عَبدًا شَكورًا؟!   “Həqiqətən, Peyğəmbər (s) gecələr (ibadətdə) o qədər ayaqüstə durardı ki, hər iki ayağı şişərdi. Deyərdim: “Ey Allahın Rəsulu, Allah sənin keçmiş və gələcək günahlarını bağışladığı halda, nə üçün belə edirsən?” Həzrət buyurdu: “Şükür edən bəndə olmaq istəməyimmi?”   “Səhihi-Buxari”, c.4, səh.1830, hədis 4557.