Maide.az

Günün hədisi: Behiştə doğru...

  Bir nəfər Peyğəmbəri-Əkrəmə (s) dedi: “Ya Rəsuləllah, mənə bir iş öyrət ki, onu yerinə yetirməklə Behişt əhlindən olum!”   Həzrət buyurdu:   قُلْ رَبِّي اَللَّهُ ثُمَّ اِسْتَقِمْ   “De: Mənim Rəbbim Allahdır, sonra onun üstündə möhkəm dayan!”   Yenə soruşdu:   يا رسولَ اللَّهِ، ما أخوَفُ ما تخافُ عليَّ؟   “Ya Rəsuləllah! Çəkinməli olacağım ən qorxulu şey nədir?”   فأخذَ بلسانِ نفسِهِ ثمَّ قالَ : هذا   Həzrət əli ilə dilini tutub: “Bu!” – deyə buyurdu.   “Təfsiri-Razi”, c.10, səh.22.