Günün hədisi: Altı əməlin gözəl nəticəsi
Maide.Az günün hədisini təqdim edir: İmam Səccad (ə): مُجَالَسَةُ الصَّالِحِينَ دَاعِيَةٌ إِلَى الصَّلَاحِ وَ آدَابُ الْعُلَمَاءِ زِيَادَةٌ فِي الْعَقْلِ وَ طَاعَةُ وُلَاةِ الْعَدْلِ تَمَامُ الْعِزِّ وَ اسْتِثْمَارُ الْمَالِ تَمَامُ الْمُرُوءَةِ وَ إِرْشَادُ الْمُسْتَشِيرِ قَضَاءٌ لِحَقِّ النِّعْمَةِ وَ كَفُّ الْأَذَى مِنْ كَمَالِ الْعَقْلِ وَ فِيهِ رَاحَةُ الْبَدَنِ عَاجِلًا وَ آجِلًا “Saleh insanlarla oturub-durmaq insanı saleh əməllərə çəkər, alimlərin ədəbli rəftarları ağılı artırar, ədalətli hakimə tabe olmaq izzətə yetirər, sərvətdən səmərəli isitifadə mürüvvətə yüksəldər, məsləhət istəyənə doğru yolu göstərmək nemətin haqqıdır, (başqalarına) əziyyətdən çəkinmək ağılın zirvəsi, dünya və axirətdə bədənin rahatlığıdır.” “Əl-kafi”, c.1, səh.20.