Maide.az

Günün hədisi: Namazı vaxtında qılanın mükafatı

Maide.Az günün hədisini təqdim edir:   İmam Həsən Əskəridən (ə) nəql olunur ki, Həzrət Musa (ə) Allaha belə ərz etdi:   اِلهی ما جَزآءُ مَن صَلَّی الصَّلَواتِ لِوَقتِها ؟   “Ey Rəbbim! Namazı vaxtında qılanın mükafatı nədir?”   Allah-Taala buyurdu:   اَعطَیتُهُ سُؤلَهُ وَ أُبیحُهُ جَنّتِی   “Ona istədiyini əta edər və Cənnətimi ixtiyarında qoyaram.”   (“Biharul-ənvar”, c.82, səh.204.)