Maide.az

Günün hədisi: Kişilərin ən yaxşısı...

Maide.Az günün hədisini təqdim edir:  Bir gün Peyğəmbəri-Əkrəm (s) səhabələrinə buyurdu:   ألا اُخبِرُكُم بِخَيرِ رِجالِكُم؟   “Siz kişilərin ən yaxşısı haqda xəbər verimmi?“   قُلنا بَلى يا رَسولَ اللّهِ   Dedilər: “Bəli, ey Allahın Rəsulu (s)!“   قالَ: إنَّ مِن خَيرِ رِجالِكُمُ التَّقِيَّ، النَّقِيَّ، السَّمحَ الكَفَّينِ، النَّقِيَّ الطَّرَفَينِ، البَرَّ بِوالِدَيهِ، ولا يُلجِئُ عِيالَهُ إلى غَيرِهِ   Buyurdu: “Həqiqətən, sizin aranızda ən yaxşı kişi təqvalı, (günahdan) pak, səxavətli, namuslu və iffətli olanınız, valideyninə yaxşılıq edəniniz və ailəsini başqalarına möhtac etməyəninizdir.“   “Əl-kafi“, c.2, səh.57, hədis 7.