Maide.az

Günün hədisi: İnsanı dərmandan ehtiyacsız edən 4 əməl

Maide.Az günün hədisini təqdim edir:      İmam Əli (ə) oğlu İmam Həsənə (ə) buyurmuşdur: “Oğlum, sənə dörd şey öyrədimmi ki, dərmana ehtiyacın olmasın?” Dedi: “Buyurun, ey Əmirəlmöminin!” Həzrət buyurdu:   لا تَجلِس عَلَى الطَّعامِ إلاّ و أنتَ جائِعٌ، ولا تَقُم عَنِ الطَّعامِ إلاّ و أنتَ تَشتَهيهِ، و جَوِّدِ المَضغَ، و إذا نِمتَ فَاعرِض نَفسَكَ عَلَى الخَلاءِ، فَإِذَا استَعمَلتَ هذَا استَغنَيتَ عَنِ الطِّبِّ     1. Acmamış süfrədə əyləşmə;   2. doymamış yeməkdən əl çək;   3. tikəni yaxşı çeynə;   4. yatan zaman “ayaqyolu”na baş çək.   Bunlara əməl etdikdə, dərmana ehtiyacın olmayacaqdır.   “Əl-xisal”, Şeyx Səduq, səh.229, hədis 67.