Maide.az

Günün hədisi: Hesabsız behiştə gedənlər

Maide.Az günün hədisini təqdim edir:    İmam Səccad (ə):   اِذا جَمَعَ اللّهُ عَزَّ وَ جَلَّ الاَوَّلينَ والاْخِرينَ قامَ مُناد فَنادى يُسْمِعُ النّاسَ... فَيَقُولُ: اَيْنَ الْمُتَحابُّونَ فىِ اللّهِ. فَيَقُومُ عُنُقٌ مِنَ النّاسِ فَيُقالُ لَهُمْ: اِذْهَبُوا اِلَى الْجَنَّةِ بِغَيْرِ حِساب ...فَتَلَقّاهُمُ الْمَلائِكَةُ فَيَقُولُونَ: اِلى اَيْنَ؟ فَيَقُولُونَ: اِلىَ الْجَنَّةِ بِغَيْرِ حِساب. فَيَقُولُونَ فَاَىُّ ضَرْب اَنْتُمْ مِنَ النّاسِ؟ فَيَقُولُونَ: نَحْنُ الْمُتَحابُّونَ فِى اللّهِ. فَيَقُولُونَ وَ اَىُّ شَىء كانَتْ اَعْمالُكُمْ؟ قالوا: كُنّا نُحِبُّ فِى اللّهِ وَ نُبْغِضُ فِى اللّهِ. فَيَقُولُونَ: نِعْمَ اَجْرُ الْعامِلينَ   “Qiyamət günü Allah-Taala hamını bir yerə topladığı zaman carçı insanlara səslənər və deyər: “Bir-birini Allaha görə sevənlər haradadırlar?” Bu vaxt insanlardan bir dəstəsi qalxar. Onlara deyilər ki, hesabsız Behiştə daxil olun. Mələklər onlarla rastlaşıb soruşarlar: “Hara gedirsiniz?” Onlar cavab verərlər: “Hesabsız Behiştə doğru gedirik.”   Mələklər soruşarlar: “Siz xalqın hansı dəstəsindənsiniz?” Onlar deyərlər: “Biz Allaha görə sevərdik.” Mələklər soruşarlar: “Əməlləriniz nə idi?” Deyərlər: “Biz Allaha görə sevər və Allaha görə düşmənçilik edərdik.” Mələklər deyərlər: “Əməl əhlinin mükafatı necə də gözəldir!”   (“Üsuli-Kafi”, (tərcüməsi ilə) c.3, səh.191.)