Maide.az

Günün hədisi: Göylərin və yerlərin zinəti

Maide.Az günün hədisini təqdim edir:    İmam Hüseyn (ə) buyurur ki, Peyğəmbəri-Əkrəmin (s) otağına daxil olduqda gördüm ki, Übəyy ibn Kəb də o həzrətin hüzurundadır.   Peyğəmbəri-Əkrəm (s) mənə buyurdu:   فَقَالَ لِي رَسُولُ اللهِ (ص) مَرْحَبًا بِكَ يَا اَبَا عَبْدِ الله، يَا زَيْنَ السَّمٰوَاتِ وَ الْأَرَضِينَ! قَالَ لَهُ اُبَيٌّ: وَ كَيْفَ يَكُونُ يَا رَسُولَ اللهِ (ص) زَيْنُ السَّمٰوَاتِ وَ الْأَرَضِينَ اَحَدٌ غَيْرُكَ؟ قَالَ: اُبَيُّ وَ الَّذِي بَعَثَنِي بِالْحَقِّ نَبِيًّا إِنَّ الْحُسَيْنَ بْنَ عَلِيٍّ فِي السَّمَاءِ أَكْبَرُ مِنْهُ فِي الْأَرْضِ، وَ إِنَّهُ لَمَكْتُوبٌ عَنْ يَمِينِ عَرْشِ اللهِ عَزَّ وَ جَلَّ: مُصْبَاحُ هُدًي وَ سَفِينَةُ نَجَاةٍ   “Ey Əba-Əbdullah, xoş gəlibsən, ey göylərin və yerlərin zinəti!” Übəyy, Peyğəmbəri-Əkrəmdən (s) soruşdu: “Ey Allahın Rəsulu (s)! Səndən başqası da göylərin və yerlərin zinəti ola bilərmi?!” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Ey Übəyy, məni haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun! Hüseynin göydə olan məqamı yerdə olan məqamından üstündür və həqiqətən, ərşin sağ tərəfində yazılıb: “Hüseyn hidayət çırağı və nicat gəmisidir!”   (“Uyunu əxbarir-Riza” (ə), 1/59/29.)