Maide.az

Günün hədisi: Peyğəmbərin (s) ətirli gülləri

Maide.Az günün hədisini təqdim edir:   Əbu Əyyub Ənsaridən belə nəql olunur:   دَخَلتُ عَلى رَسولِ اللّه صلى الله عليه و آله وَالحَسَنُ وَالحُسَينُ عليهماالسلام يَلعَبانِ بَينَ يَدَيهِ وفي حِجرِهِ، فَقُلتُ : يا رَسولَ اللّه ِ أتُحِبُّهُما؟    Peyğəmbəri-Əkrəmin (s) hüzuruna getmişdim. Həsənlə Hüseyn (ə) o Həzrətin yanında (otaqda) oynayırdılar. Mən dedim: “Ey Allahın Rəsulu, onları sevirsənmi?” Həzrət buyurdu:   وكَيفَ لا أُحِبُّهُما وهُما رَيحانَتايَ مِنَ الدُّنيا أشَمُّهما!   “Necə sevməyim, halbuki onlar mənim ətirli güllərimdir!”   (“Əl-mocəmul-kəbir”, c.4, səh.156, hədis 3990.)