Günün hədisi: Ən sevimli əməl
Maide.Az gününü hədisini təqdim edir: Abdullah ibn Məsuddan belə nəql olunur: سَأَلتُ النَّبِيَّ صلى الله عليه و آله : أيُّ العَمَلِ أحَبُّ إلَى اللّه؟ قالَ : الصَّلاةُ عَلى وَقتِها . قالَ : ثُمَّ أيُّ؟ قالَ : ثُمَّ بِرُّ الوالِدَينِ Peyğəmbəri-Əkrəmdən (s) “Allahın dərgahında ən sevimli əməl nədir?” – deyə soruşduqda buyurdu: “Vaxtında qılınan namaz.” Soruşdum: “Ondan sonra (hansı əməldir)?” Buyurdu: “Ata-anaya yaxşılıq.” (“Səhihi-Buxari”, c.1d, səh.197, hədis 504.)