Maide.az

Günün hədisi:Bir zaman gələcək ki...

Maide.Az günün hədisini təqdim edir:   İslam Peyğəmbəri (s):   يَأْتى عَلَى النَّاسِ زَمانٌ بُطُونُهُمْ آلِهَتُهُمْ، وَ نِساؤُهُمْ قِبْلَتُهُمْ، وَ دَنا نيرُهُمْ دينُهُمْ، وَ شَرَفُهُمْ مَتاعُهُمْ، وَ لايَبْقى‏ مِنَ الْايمانِ الّا اسْمُهُ   “Bir zaman gələcək ki, insanların qarınları tanrıları, qadınları qiblələri, pulları dinləri və şərəfləri matahları olacaq və imanın adından başqa bir şey qalmayacaqdır.”   Soruşdular:   يا رَسُولَ اللَّه! ايَعْبُدُونَ الْاصْنامَ   “Ey Allahın Rəsulu! (Müsəlmanlar) bütlərəmi pərəstiş edəcəklər?”   Həzrət buyurdu:   نَعَمْ، كُلُّ دِرْهَمٍ عِنْدَهُمْ صَنَمٌ   “Bəli, onların bütü pul olacaq (və bu, onları Allahdan qafil edəcək).”   “Biharul-ənvar”, c.22, səh.453.