Maide.az

Günün hədisi: Əhli-beytin (ə) göstərişlərini necə dirçəltmək olar?

Maide.Az günün hədisini təqdim edir:   İmam Rza (ə):   Əbdüssalam ibn Saleh Hərəvi belə nəql edir:   سَمِعتُ أبَا الحَسَنِ الرِّضا (ع) يَقولُ: رَحِمَ اللّهُ عَبدًا أحيا أمرَنا. فَقُلتُ لَهُ: وكَيفَ يُحِيي أمرَكُم؟ قالَ: يَتَعَلَّمُ عُلومَنا ويُعَلِّمُهَا النّاسَ، فَإِنَّ النّاس لَو عَلِموا مَحاسِنَ كَلامِنا لاَتَّبَعونا   Mən imam Rzanın “Allah bizim əmrimizi dirçəldən bəndəyə rəhm etsin!” – buyruğunu eşitdikdə, “Əmrinizi necə dirçəltsin?” – deyə soruşdum. Həzrət buyurdu: “Bizim təlimlərimizi öyrənib xalqa da öyrətsin. Əgər xalq sözlərimizin gözəlliklərini duysa, sözsüz, bizə tabe olar.”   (“Üyunu əxbarir-Riza (ə)”, c.1, səh.307, hədis 69.)