Maide.az

Günün hədisi: Poladdan möhkəm

  Maide.Az günün hədisini təqdim edir:   İmam Sadiq (ə):   اِنّ الْـمُؤْمِنَ أَشَدُّ مِن زُبُرِ الْحَدِيدِ، اِنَّ زُبُرَ الْحَدِيدِ إِذَا دَخَلَ النَّارَ تَغَيَّرَ وَ إِنَّ الْـمُؤْمِنَ لَوْ قُتِلَ ثُمَّ نُشِرَ ثُمَّ قُتِلَ لَم يَتَغَيَّرْ قَلْبُهُ   “Mömin polad parçalarından da möhkəmdir. Polad atəşə düşdükdə dəyişib əridiyi halda, mömin ölüb dirilərsə, sonra yenidən ölərsə, onun qəlbində (iman və ruhiyyəsində) əsla dəyişiklik yaranmaz.”   (“Səfinətul-bihar”, c. 1, səh. 147).   Qısa izah   Həyat zəif və iradəsiz insanların tez bir zamanda onun qarşısında diz çökərək meydandan qaçdığı çətinlik və qarmaqarışıq məsələlər toplusundan ibarətdir. Amma iman nuru sayəsində müqavimət göstərən kəslər heç vaxt ağır çətinliklər qarşısında təslim olmurlar. Onlar ilahi əmrlərə itaət, günahlardan çəkinmək, şərəf və pak həyat uğrunda maneələrin olduğunu bilir və başa düşürlər ki, qeyd edilənləri əldə etmək üçün üsyankar nəfsin müqabilində əzəmətlə dayanmalı, fədakarlıq və müqavimət göstərməlidirlər. Allahın əta etdiyi müvəffəqiyyət nəticəsində mömin şəxslər həyatın sarsıdıcı hadisələri və ağır sınaqlarından başıuca çıxır və sonda qalibiyyətə nail olurlar.   Maide.az – Maarif bölümü