Maide.az

Günün hədisii: Çalışın öyrənin

Maide.Az günün hədisini təqdim edir:   İslam Peyğəmbəri (s):   مَن عَمِلَ عَليٰ غَيْرِ عِلْمٍ كَانَ مَا يُفْسِدُهُ أَكْثَرُ مِمَّا يُصْلِحُهُ “Elmsiz əməl edən şəxsin törətdiyi fəsadlar islah etdiyi işlərdən çoxdur”.   (“Biharul-ənvar”, c. 1, səh. 208).   Qısa izah   Nadanlığın, elmsiz əməlin nəticəsi fəsad və təhlükədir. Cahil insan öz övladına yaxşılıq etmək istədikdə, ona zərər vurur, İslama xidmət əvəzinə dini gözdən salır, insanlar arasında sülh və əmin-amanlıq yaratmaq əvəzinə onların arasında nifaq və ixtilaf törənməsinə bais olur. Hədisin mesajı da məhz budur: nadan şəxslərin məlumatsızlığından yaranan fəsad və inhiraflar onların etmək istədikləri islahat və yaxşılıqlardan çoxdur.   Maide.az – Maarif bölümü