Gündəlik hökmlər: Qoyun can verməmişdən öncə onun başını bədənindən ayırmağın hökmü
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Qoyun can verməmişdən öncə onun başını bədənindən ayırmağın hökmü haqqında sualına cavabını təqdim edir: Sual: Əgər heyvan can verməmişdən öncə onun başını bədənindən ayırsaq, bunun iradı varmı? Cavab: Heyvanın başını kəsdikdən sonra onun ruhu bədənindən tam çıxmamış, onun başını bədənindən ayırmaq haramdır. Amma bunu etdikdə, heyvanın əti haram olmur.