Gündəlik hökmlər: Namazda Allahdan qeyrisinə müraciət etməyin hökmü
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Namazda Allahdan qeyrisinə müraciət etməyin hökmü haqqında sualına cavabını təqdim edir: Sual: Namazın qunutunda “Fərəc duası”nı (İlahi, əzumə bəla...) oxumaq olarmı? Cavab: Sözügedən duanı Allaha müraciət olan hissəsinədək oxumağın maneəsi yoxdur. Amma duanın davamı Allahdan qeyrisinə müraciət olduğuna görə, o hissəni oxumağa icazə verilmir. Əgər oxunarsa, namazın pozulmasına səbəb olar.