Maide.az

Gündəlik hökmlər: Camaat namazında fasilə

Maide.Az "hawzahnews" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Camaat namazında fasilə haqqında  sualına cavabını  təqdim edir:   Sual: Camaat namazında aşağıdakı halları nəzərə alaraq namazqılanlar arasındakı fasilə nə qədər olmalıdır ki, camaat namazının düzgünlüyünə xələl yetməsin?  a) Məmumun (iqtida edənin) səcdə yeri ilə imamın durduğu yer arasındakı fasilə; b) Camaat sıralarında arxa sırada dayanan məmumla ön sırada dayanan (və sıranı imama birləşdirən) məmum arasındakı fasilə; c) Camaat namazının sıralarında sağ və sol tərəfdən məmumlar arasındakı fasilə.   Cavab: Qeyd edilən bütün hallarda, təqribən, bir metr fasilənin olmasının eybi yoxdur.