Gündəlik hökmlər: Sübh azanından sonra obaşdan yeməyin hökmü
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Sübh azanından sonra obaşdan yeməyin hökmü haqqında sualına cavabını təqdim edir: Sual: Ramazan ayında obaşdana durub yemək yedikdən sonra azanın yeməkdən öncə verildiyini bildik. Bu zaman orucumuz qəbuldur, yoxsa həmin günün qəzasını tutmalıyıq? Cavab: Əgər oruc tutan Ramazan ayında obaşdana durarkən sübh azanının vaxtının çatıb-çatmadığını araşdırmadan orucu batil edən bir iş yerinə yetirdikdən sonra sübh azanının öncədən verildiyi məlum olarsa, həmin günün qəzasını tutmalıdır. Amma araşdırma apardıqdan sonra sübh azanının vaxtının hələ daxil olmadığını öyrənib yemək yeyərsə və sonradan sübh azanının verildiyi məlum olarsa, həmin günün qəzası ona vacib deyil.