Gündəlik hökmlər: Meyitə toxunmaq
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Meyitə toxunmaq haqqında sualına cavabını təqdim edir: Sual: Əgər bir şəxs illər öncə bir meyitə toxunubsa və qüsl etməli olduğunu bilməyib, qüsl etməyibsə: 1) İndi qüsl etmək ona vacibdirmi? 2) Bu illər ərzində onun namazlarının hökmü nədir? 3) Onun oruclarının hökmü nədir? Cavab: 1 və 2) Əgər meyitin bədəni soyumamışdan öncə ona toxunubsa, qüsl etmək vacib olmur. Amma əgər meyitin bütün bədəni soyuduqdan və meyit qüslü tamamlanmamışdan öncə ona toxunubsa, məssi-meyit qüslü etmək vacib olur. Məssi-meyit qüslü etmədən namaz düzgün deyildir. Qüslsüz qıldığı namazların qəzasını qılmalıdır. Amma əgər meyitə toxunduqdan sonra həmin şəxs cənabətli olubsa və cənabət qüslü edibsə, məssi-meyit qüslü üçün kifayət edir və namaz düzgündür. Amma ehtiyat-vacibə görə, cənabət qüslündən qeyri qüsllər məssi-meyit qüslü üçün kifayət etmir. 3) Məssi-meyit qüslü etmədən oruc düzgündür.