Gündəlik hökmlər: Vəfat etmiş şəxsin qəza namazlarını əyləşən halda qılmağın hökmü
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Vəfat etmiş şəxsin qəza namazlarını əyləşən halda qılmağın hökmü haqqında sualına cavabını təqdim edir: Sual: Mən əlli yaşlı qadınam və dizlərim ağrıyır. Dünyasını dəyişmiş anamın qəza namazlarını əyləşən halda qıla bilərəmmi? Cavab: Ehtiyat-vacibə görə, vəfat etmiş şəxsin qəza namazlarını əyləşən halda qılmaq kifayət etmir və ayaqüstə qılınmalıdır.