Gündəlik hökmlər: Qadınların namazda ‘Həmd’ və ‘surə’ni uca qılması
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Qadınların namazda "Həmd" və "surə"ni uca qılması sualına cavabını təqdim edir: Sual: Qadın "Sübh", "Məğrib" və "İşa" namazlarında "Həmd" və "surə"ni uca qıla bilərmi? Cavab: Qadın "Sübh", "Məğrib" və "İşa" namazlarında "Həmd" və "surə"ni həm uca, həm də ahəstə qıla bilər. Amma onun səsini naməhrəm eşidərsə, yaxşı olar ki, ahəstə qılsın.