Maide.az

Gündəlik hökmlər: Təkbirətul-ehramı deyərkən əlləri yuxarı qaldırmaq

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Təkbirətul-ehramı deyərkən əlləri yuxarı qaldırmaq haqqında  sualına cavabını  təqdim edir:      Sual. Namazın təkbirətul-ehramını deyərkən əlləri üzün müqabilinədək yuxarı qaldırmalıyıq?   Cavab: Təkbirətul-ehramı deyərkən əlləri qulaqların və ya üzün müqabilinədək yuxarı qaldırmaq müstəhəbdir. Belə ki, təkbiri deməyə başlayarkən əllər – barmaqlar bir-birinə bitişik və əlin içi qibləyə tərəf olduğu halda – yuxarı qaldırılmalı və təkbirin axırında əllər qulağın və ya üzün müqabilinə çatmalıdır.