Gündəlik hökmlər: Ayağa məsh etməyin miqdarı
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Ayağa məsh etməyin miqdarı haqqında sualına cavabını təqdim edir: Sual: Dəstəmaz alarkən ayaqlarımı üst çıxıntıya qədər məsh edirdim. Son zamanlar bilmişəm ki, oynağa qədər məsh etmək lazım imiş. Ayağın üst çıxıntısına qədər etdiyim məshlə qıldığım namazlar batildirmi? Cavab: Keçmiş namazlar boynunuzdan götürülüb, amma bundan sonra ayaqlarınızı oynağa qədər məsh edin.