Maide.az

Gündəlik hökmlər: Namazdan sonra dəstəmaz üzvlərində maneənin görünməsi

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Namazdan sonra dəstəmaz üzvlərində  maneənin görünməsi   haqqında sualına cavabını  təqdim edir:    Sual: Əgər namazdan sonra barmaq dırnaqlarından birinin üzərində azacıq bir maneənin (suyun bədənə yetişməsinə mane olan bir şey ) olduğunu görsək, dəstəmaz  və qılınan namaz  düzgündürmü?    Cavab: Əgər (dətəmazı batil edən)  maneənin dəstəmaz  vaxtı mövcud olduğunu  bilmirdinizsə, dəstəmaz vaxtı həmin maneənin mövcud  olub- olmadığına  dair diqqətli olduğunuzu ehtimal verdiyiniz surətdə dəstəmaz düzgündür.  Lakin dəstəmaz zamanı diqqət etməmisinizsə, vacib ehtiyata əsasən, yenidən dəstəmaz almalı və namazı da  yenidən qılmalısız.