Gündəlik hökmlər: Oturan halda namaz qılmaq
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Oturan halda namaz qılmaq haqqında sualın cavabını təqdim edir: Sual: Dizlərim ağrıdığı üçün namazı oturacaqda oturub qılıram. (Əlbəttə, Həmd və Surəni ayaqüstə deyirəm.) Əgər gələcəkdə ayaqüstə qılmaq zərərli olarsa, namazın hamısını oturan halda qıla bilərəmmi? Cavab: Ümumiyyətlə, insan bacardıqca, hətta bir şeyə söykənməli olsa belə, namazı ayaqüstə qılmalıdır. Əgər namazın hamısını ayaqüstə qıla bilmirsə, bacardığı qədər ayaqüstə, qalanını isə oturan halda qılsın. Ümumiyyətlə, ayaqüstə qılmağa qüdrəti çatmırsa, yaxud çox çətindirsə və yaxud zərərli olmasından qorxursa, o zaman oturan halda qıla bilər.