Gündəlik hökmlər: Namaz qılmayan şəxslə gediş-gəliş etməyin hökmü
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Namaz qılmayan şəxslə gediş-gəliş etməyin hökmü haqqında sualına cavabını təqdim edir: Sual: Namaz qılmayan şəxsin evinə gediş-gəliş etmək və yaxud onun malından istifadə etmək olarmı? Cavab: Namaz qılmayan şəxsin malından istifadə etmək və ya onunla gediş-gəliş etmək həmin şəxsin bu əməlinin (namaz qılmamasının) təsdiq olunmasına səbəb olmazsa, eybi yoxdur. Amma gediş-gəlişi kəsmək vacibata əməl etməyə və namaz qılmağa səbəb olarsa, əmr be məruf və nəhy əz munkər (yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək) məqsədi ilə – şərtlərə riayət etməklə – onunla gediş-gəlişi kəsməlisiniz.