Gündəlik hökmlər: Qadınların camaat namazında iştirak etmələri
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Qadınların camaat namazında iştirak etmələri haqqında sualına cavabını təqdim edir: Sual: Müqəddəs şəriət sahibi kişilər kimi qadınları da məscidlərdə, camaat namazında, yaxud Cümə namazında iştirak еtməyə təşviq edirmi, yoxsa onların evdə namaz qılmaları daha fəzilətlidir? Cavab: Qadınların Cümə və camaat namazında iştirak etməsinin maneəsi yoxdur və camaat namazının savabını əldə edirlər.