Gündəlik hökmlər: Pul kreditinin xümsü
Sual: Bir neçə il əvvəl bankdan pul krediti götürdüm və bu pulu bir illik müddətində öz bank hesabıma yatırdım. Bu puldan istifadə edə bilməmişəm, amma hər ay onun kreditini ödəyirəm. Bu pul kreditinə xüms düşürmü? Cavab: Xüms ili çatana qədər həmin pul kreditinin öz qazancınızdan ödədiyiniz məbləğinə xüms vacib olur.