Gündəlik hökmlər: Yuxarıdan tökülən qəlil suyun aşağı hissəsinin nəcasətlə təmasda olması
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin Yuxarıdan tökülən qəlil suyun aşağı hissəsinin nəcasətlə təmasda olması haqqında sualına cavabını təqdim edir: Sual: Üzü aşağıya təzyiqsiz şəkildə tökülən qəlil suyun aşağı hissəsi nəcasətlə təmasda olsa, onun yuxarı hissəsi pak qalırmı? Cavab: Əgər yuxarıdan təzyiqsiz şəkildə tökülən qəlil suyun aşağı hissəsi nəcasətlə təmasda olsa, belə ki, ona “su yuxarıdan aşağıya doğru cərəyan edir” deyilsə, onun yuxarı hissəsi pakdır.