Maide.az

Gündəlik hökmlər: Oruc halında dişlərin arasında qalan yeməyi udmaq

 Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin  Oruc halında dişlərin arasında qalan yeməyi udmaq haqqında suala cavabını  təqdim edir:     Sual. Ramazan ayında oruc tutduğum bir gün dişlərimi fırçalamamışdım. Dişlərimin arasında qalan yemək qırıntılarını bilərəkdən udmasam da, bunlar öz-özünə boğazıma getdi. Həmin günün orucunun qəzasını tutmaq mənə vacib olurmu?   Cavab: Əgər dişlərinizin arasında yemək qırıntılarının qaldığına və ya bunların boğazınıza getdiyinə yəqinliyiniz yoxdursa, bu yemək qırıntılarının boğazınıza getməsi də bilərəkdən və ixtiyari olmayıbdırsa, orucun qəzasını tutmaq sizə vacib deyildir.