Gündəlik hökmlər: Boynunda vacib oruc olduğu halda, müstəhəb oruc tutmağın hökmü
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin Boynunda vacib oruc olduğu halda, müstəhəb oruc tutmağın hökmü haqqında suala cavabını təqdim edir: Sual-1: Əgər bir şəxsin boynunda Ramazan ayının qəza orucundan başqa vacib oruc olarsa, müstəhəb oruc tuta bilərmi? Cavab: Ehtiyat vacibə görə, tutduğu müstəhəb oruc düzgün deyil.