Gündəlik hökmlər: İdman mərkəzlərində hicab
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin İdman mərkəzlərində hicab haqqında suala cavabını təqdim edir: Sual: Xanımlar naməhrəmlərin iştirak etdiyi dağ idmanlarında və ya onların də məşq etdiyi idman zallarında idman üçün xüsusi geyimlərdən istifadə edə bilərlərmi? Cavab: Möhtərəm xanımlar naməhrəmlərin olduğu yerlərdə vacib hicaba riayət etməlidirlər. Bu məsələdə idman və sair hallar arasında heç bir fərq yoxdur. Xanımlar naməhrəmin diqqətini cəlb edən və fəsada səbəb olan libaslar geyinməməli və hərəkətlərə yol verməməlidirlər.