Maide.az

Gündəlik hökmlər: İnternet yarışlarının mükafatı

   Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin İnternet yarışlarının mükafatı haqqında suala cavabını  təqdim edir:     Sual-8: Virtual məkanda keçirilən yarışlarda təqdim edilən sualların cavablarına görə təyin edilmiş mükafatı almaq olarmı? Cavab: Əgər yarışda iştirak pulsuzdursa və ya bir neçə nəfərin arasında uduzanın pulunun udana ödənilməsi ilə nəticələnən bir yarış deyilsə, eybi yoxdur.