Gündəlik hökmlər: Napak balı və ya doşabı paklamağın qaydası
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin napak balı və ya doşabı paklamağın qaydası haqqında suala cavabını təqdim edir: Sual: İçərisinə nəcasət düşən balı, doşabı və bu kimi şeyləri necə paklamaq olar? Cavab: Əgər maye halında olmazsa, napak olan hissəni və bir qədər də ətraf hissəni götürün. Qalan hissə pakdır. Amma əgər maye halında olarsa, paklanması mümkün deyildir.