Gündəlik hökmlər: Yağışda dəstəmaz almaq
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin yağışda dəstəmaz almaq haqqında suala cavabını təqdim edir: Sual: Yağışda dəstəmaz almaq olarmı? Cavab: Maneəsi yoxdur. Bu şərtlə ki, yağış damlaları dəstəmaz üzvlərinə tökülərkən dəstəmaz niyyəti edilsin. Həmçinin məsh çəkərkən yağış suyu əlin içinə tökülməsin və məsh yeri də quru olsun.