Maide.az

Gündəlik hökmlər: Maşını satarkən onun qüsurlarını demək

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin  Maşını satarkən onun qüsurlarını demək haqqında suala cavabını  təqdim edir:     Sual: Maşını satarkən onun bütün qüsurlarını alıcıya demək lazımdırmı? Əgər deməsək, alqı-satqı düzgündürmü? Cavab: Qüsurları demək vacib deyildir, amma satıcı qüsuru gizlətməməli və ya yalan danışmamalıdır və alqı-satqı düzgündür. Amma əgər müştəri maşının qüsurunu bilməsə və alqı-satqıdan sonra bilsə, alqı-satqını pozmaq və ya dəyər fərqini almaq haqqı vardır.