Maide.az

Gündəlik hökmlər: Dəstəmaz alarkən dəstəmaz üzvlərinin hər tərəfinə suyun dəyməsi

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin  Dəstəmaz alarkən dəstəmaz üzvlərinin hər tərəfinə suyun dəyməsi  haqqında suala cavabını  təqdim edir:     Sual. Dəstəmazın düzgün olmasında suyun qolun bütün hissələrinə axması şərtdirmi? Yoxsa qola yaş əli çəkmək kifayət edir? Cavab: Dəstəmaz üzvünün “yuyulması” – suyun dəstəmaz üzvünün hər tərəfinə, hətta əl çəkməklə olsa belə, dəyməsidir (çatdırılmasıdır). Amma təkcə yaş əlin dəstəmaz üzvünə çəkilməsi kifayət etmir.