Maide.az

Gündəlik hökmlər: Başqalarının internetindən (wifi-dan) istifadə etmək

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin başqalarının internetindən (wifi-dan) istifadə etmək haqqında suala cavabını  təqdim edir:     Sual-8: Başqasının həmişə yanılı qalan və parolu olmayan internetindən istifadə etmək olarmı? İnternet sahibinin bu istifadə barədə məlumatı olmasının mümkünlüyünü də nəzərə alsaq, bu iş "həqqün-nas" (başqasının haqqını zay etmək) sayılırmı? Əgər "həqqün-nas"dırsa, nə etməliyik? Cavab: Əgər internet sahibinin razı olmasına yəqininiz yoxdursa, o internetdən istifadə etmək olmaz və icazəsiz istifadə etdiyiniz internetin miqdarına (şəri baxımdan) cavabdehsiniz.