Gündəlik hökmlər: Təyəmmüm üzvlərinin pak olması
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullahul Üzma Seyyid Əli Xameneinin təyəmmüm üzvlərinin pak olması ilə bağlı suala cavabını təqdim edir: Sual: "Üzərinə təyəmmüm edilən şeylər pak olmalıdır” – buyurmusunuz. Təyəmmüm üzvləri (alın və əllərin üstü) də pak olmalıdırmı? Cavab: Ehtiyata əsasən, imkan daxilində alın və əllərin üstü pak olmalıdır. Əgər bir şəxs təyəmmüm üzvlərini paklaya bilmirsə, elə o cür təyəmmüm etsin.