Maide.az

Gündə iki yarpağını yemək kifayətdir

Reyhan çox qədim zamanlardan bəri tibbi məqsədlərlə istifadə edilir.   Gündə iki yarpağının belə yeyilməsi müxtəlif xəstəliklərdən qoruyaraq, sağlamlığa fayda verir.   Reyhanın faydaları:     Bağırsaqdakı parazitləri atır   Həzm sistemi xəstəliklərində olduqca təsirli olan reyhan yarpağı, gündə iki dənə yeyildikdə bağırsaqdakı parazitləri təmizləyir.    Şişkinliyi azaldır   Gündə iki yarpaq yeyilən reyhan bədəndəki şişliyi atmağa kömək edir.    Depressiyadan qoruyur   Gündə 2 yarpaq yeyildikdə anti-depressiya təsiri edir və insanı sakitləşdirir.    İmmuniteti gücləndirir   Antibakterial tərkibi sayəsində immuniteti gücləndirici təsiri var.    Bronxları yumşaldır   Bronxları yumşaldaraq, öskürəyin azalmasına kömək edir. Eyni zamanda da ağciyərləri təmizləmə xüsusiyyətinə də malikdir.    Xərçəngin qarşısını alır   Tərkibindəki flavon və taninlər sayəsində xərçəngdən qoruyur.(Ailem.az)