Maide.az

Gündə bir ovuc ləpə görün nəyə qadirdir!

Badam, qoz, fındıq, keşyu, püstə, makadamiya və s. müxtəlif faydalı maddələrin əsl zəngin anbarıdır. Həkimlərin fikirinə görə, hər gün 1 ovuc ləpə yeyən insan özünü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilər.   Qoz-fındığın orqanizmə olan müsbət təsirləri arasında: - Ləpə insanı uzun müddət ərzində tox saxlayır və nəticədə daha az yeyir və arıqlayır. - Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir ki, bu maddələr ürəyin və beyinin sağlamlığında çox böyük rol oynayır. - Arterial təzyiqin tənzimlənməsinə kömək edir. - Orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salmağa kömək edir və bununla damarlarımızı aterosklerozdan qoruyur. Ateroskleroz insult və infarkt kimi ağır pozulmaların əsas risk faktoru sayılır. - Qidalı liflərlə zəngin olduğuna görə bağırsaqları təmizləyir. - Mineralla zəngin olduğuna görə sümükləri və dişləri möhkəmləndirir. - Qanda "xoşbəxtlik hormonu" adlandırılan serotoninin səviyyəsini qaldırır ki, bu da bizə streslə və depressiya ilə mübarizə etməyə kömək edir. - Beyinin bütün funksiyalarını (yaddaş, diqqət, təfəkkür) yaxşılaşdırır. - Yuxunu normallaşdırır. - İmmun sistemini möhkəmləndirir. - Antioksidant maddələrlə zəngin olduğuna görə hüceyrə səviyəsində qocalma prosesləri ləngidir, insanı daha gümrah edir. saglamolun /