Maide.az

Gömrük Dəmiryollarının mallarını müsadirə etdi

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan Dəmiryolları QSC-yə məxsus qatar vaqonlarında aparılan malları müsadirə edib.    “Qafqazinfo”ya daxil olan məlumata görə, tütün məhsulları (siqaret) müsadirə olunduqdan sonra satışa çıxarılaraq satılıb və pulu dövlət büdcəsinə köçürülüb.   Ümumilikdə 3 iri qutu siqaretin ümumi dəyəri təxminən min manat olub.   Azərbaycan Dəmiryolları QSC-dən məlumat təsdiqlənib. Lakin QSC-dən məhsulların Azərbaycan Dəmiryollarına adi olmadığı bildirilib: “Biz bilmirik vaqonlara siqaretləri kim qoyub”.