Maide.az

Gilas saplaqları arıqladır və orqanizmi təmizləyir. FAYDALI RESEPTLƏR

Gilas saplaqları xalq təbabətində müalicəvi vasitə kimi qədim zamanlardan geniş istifadə olunur. Gilas saplaqlarının faydaları arasında: - sidikqovucu təsirə malikdir - ödemləri azaldır - ağciyərləri selikdən və mikroblardan təmizləyir - qanda "pis" xolesterinin səviyyəsini aşağı salır - orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar və s.) təmizləyir - böyrkləri, sidik kisəni yaxşı təmizləyir - arıqlamağa kömək edir. Gilas saplaqları atmayın, qurudun və profilaktik və müalicəvi vasitə kimi istifadə edin. Sizə gilas saplaqları əsasında çox faydalı dəmləmələr reseptlərini təqdim edirik. - Axşamdan 1 ovuc saplaqların üzərinə 1/2 l isti su tökün və səhərə qədər saxlayın. Səhər dəmləməni vam odda qızdırın və 1-2 dəqiqə qaynadın. Dəmləməni soyudun, süzün və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə. Sonra 1 həftə fasilə verin və yenə təkrarlayın. - Axşamdan termosda 1 ovuc gilas saplaqları və 1 x.q. itburnu 1/2 l qaynar suda dəmləyin. Səhər dəmləməni yaxşı süzün və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə. - Qara çayın dadını yaxşılaşdırmaq və daha faydalı etmək üçün çay dəmlədikdə çaydana gilas saplaqları əlavə edin.   Saglamolun.Az