Maide.az

Gilas saplağının faydası

Gilas saplaqları xalq təbabətində müalicəvi vasitə kimi qədim zamanlardan geniş istifadə olunur.   Gilas saplaqlarının faydaları arasında:   - sidikqovucu təsirə malikdir   - ödemləri azaldır   - ağciyərləri selikdən və mikroblardan təmizləyir   - qanda "pis" xolesterinin səviyyəsini aşağı salır   - orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar və s.) təmizləyir   - böyrkləri, sidik kisəni yaxşı təmizləyir   - arıqlamağa kömək edir.   Gilas saplaqları atmayın, qurudun və profilaktik və müalicəvi vasitə kimi istifadə edin.   - Axşamdan 1 ovuc saplaqların üzərinə 1/2 l isti su tökün və səhərə qədər saxlayın. Səhər dəmləməni vam odda qızdırın və 1-2 dəqiqə qaynadın. Dəmləməni soyudun, süzün və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə. Sonra 1 həftə fasilə verin və yenə təkrarlayın.   - Axşamdan termosda 1 ovuc gilas saplaqları və 1 x.q. itburnu 1/2 l qaynar suda dəmləyin. Səhər dəmləməni yaxşı süzün və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla qəbul edin. Müalicə kursu - 1 həftə.   - Qara çayın dadını yaxşılaşdırmaq və daha faydalı etmək üçün çay dəmlədikdə çaydana gilas saplaqları əlavə edin./ saglamolun.az/