Güclü yağışlar İndoneziyada daşqına səbəb olub
İndoneziyada daşqın nəticəsində 2 nəfər ölüb. Maide.Az "islam.ru" -a istinadən xəbər verir ki, bir neçə gündür davam edən güclü yağışlar səbəbiylə, Cakarta'dan keçən Çiliwong çayda daşqın baş verib. İndoneziyanın paytaxtı Cakartada ciddi təhlükə barədə xəbərdarlıq edilib. Daşqın bir sıra problemlər yaradıb. Yağış suları evlərin zirzəmisinə dolub, əkin sahələrini yuyub Şəhər ətrafında küçələri su basıb. 2 nəfər ölüb, bir neçə nəfər itgin düşüb. Yerli hakimiyyət orqanları insanları su basan ərazilərdən evakuasiya edir. İndoneziya paytaxtı və qonşu ərazilərdə 5 minə yaxın insan daşqından əziyyət çəkir.